“Qalatasaray” 18-ci dəfə Türkiyə kubokunu apardı - Rəqib boykot etdi
Mayın 15-də futbol üzrə Türkiyə kubokunun finalında “Qalatasaray” və “Akhisar Bələdiyyəspor” komandaları qarşılaşıb.
Sivas şəhərində keçirilən oyunda İstanbul təmsilçisi rəqibini 3:1 hesabı ilə məğlub edərək 18-ci dəfə Türkiyə kubokunun sahibi olub.
Lakin hakim Suat Arslanboğanın qərarlarını qərəzli hesab edən Ege təmsilçisi oyunun sonunda mükafatlandırma mərasiminə qatılmayıb. Etiraz nümayişi olaraq təkcə qapıçı Fatih kürsüyə çıxıb. Komandanın kapitanı Güray Vural isə matçın hakiminin ünvanına ağır ifadələr işlədib:
““Qalatasaray”ı təbrik edirəm. Bizim etirazımız onlara deyil, hakimədir. Bu gün kuboku “Qalatasaray”a hədiyyə etdi. Bizim 8 oyunumuzu idarə etdi və hamısını uduzduq. Allah bəlasını versin”.
Qeyd edək ki, hazırda “Qalatasaray” Türkiyə superliqasında 66 xalla liderdir. “Akhisar Bələdiyyəspor” isə 25 xalla turnir cədvəlinin autsayderidir.
-
“Qarabağ” – “Səbail” matçında 6 qol - Video
...
-
Bilyard üzrə Azərbaycan çempionatı keçiriləcək
...
-
Azərbaycan və Gürcüstan Qolf Federasiyaları birgə əməkdaşlıq qurur - Memorandum imzalanıb
...
-
“Neftçi” İdman Klubunun Amputant futbol komandası qələbə qazanıb
...
-
“Qaradağ Lökbatan”dan önəmli səfər qələbəsi
...
-
Millimiz Tailandda ikinci oldu
...
-
UEFA Azərbaycanın 11 klubuna ödəniş etdi
...
-
Bakıda Olimpiya Təsnifat turniri başlayır
...
-
“Qurban Qurbanov instaqram nədir, onu da bilmir”
...
-
Azərbaycan yığmasının AÇ-dəki rəqibləri bəlli oldu
...