Məşhur futbolçular Bakıda səhər yeməyində finalçı komandaların azarkeşlərinə çağırış ediblər - VİDEO

17:47 16-05-2019 | icon 91
Məşhur futbolçular Bakıda səhər yeməyində finalçı komandaların azarkeşlərinə çağırış ediblər - VİDEO
loading...

UEFA-nın Ulduz səfirlərindən olan Fransa millisinin sabiq futbolçusu Rober Pires Bakıda keçiriləcək Avropa Liqasının final matçı ilə bağlı sabiq komandası – İngiltərə “Arsenal”ının azarkeşlərinə çağırış edib.

Bakıda səhər yeməyi masası arxasında əyləşən 46 yaşlı veteran yarımmüdafiəçi “Instagram” hesabı vasitəsilə fikirlərini çatdırıb. 

“Salam, “Arsenal” fanatları. İndi Bakıdayam, səhər yeməyi yeyirəm. İkinci dəfədir Azərbaycandayam. Möhtəşəm final üçün burada hər şey hazırdır" deyən Pires fanatları Azərbaycan paytaxtında gözlədiyini dilə gətirib. 

Hazırda Bakının “Səbail” klubunda çıxış edən Maykl Essyen də “Instagram” hesabı vasitəsi ilə azarkeşlərə müraciət edib. Qanalı yarımmüdafiəçi vaxtilə formasını geyindiyi - digər finalçı Londonun “Çelsi” klubunun azarkeşlərinə səslənib : “Salam, sabahınız xeyir. Son bir neçə aydır ki, Bakıda yaşayıram və bundan məmnunam. Burada səhər yeməyi əladır. Bakıya gəlin. Səhər yeməyi yeyin, axşam isə Avropa Liqasının finalına baxın”.

Xatırladaq ki, bir neçə gün öncə  İngiltərənin “Liverpul” komandasının baş məşqçisi Yurgen Klopp Avropa Liqasının finalının Azərbaycanda keçirilməsini "Bu qərarı verənlər səhər nə yeyirlər?" deyə tənqid edib.

Qeyd edək ki, “Arsenal” mayın 29-da Bakı Olimpiya Stadionunda İngiltərənin digər təmsilçisi “Çelsi” ilə qarşılaşacaq. 

 

 

 

 


Digər xəbərlər

0.18896698951721