“Arsenal” Mxitaryanı Bakıya gətirməli olmadı

08:47 17-05-2019 | icon 2649
“Arsenal” Mxitaryanı Bakıya gətirməli olmadı

“Arsenal”ın yarımmüdafiəçisi Henrix Mxitaryan Bakıda “Çelsi”yə qarşı baş tutacaq Avropa Liqasının final oyununda çıxış etməyəcək.

Bu barədə The Times nəşri yazır. 

Mənbənin sözlərinə görə, klub mövsümün həlledici oyununda 30 yaşlı xavbekə bel bağlamır və guya təhlükəsizlik səbəbindən onu Londonda saxlayacaq. 

Klub rəhbərliyi hesab edir ki, erməni futbolçunun Azərbaycana mümkün gəlişi ilə yaranacaq səs-küy komandaya vacib oyun öncəsi mənfi təsir edə bilər. 

Qeyd edək ki, daha əvvəl Azərbaycanın Xarici İşlər Nazirliyi  Mxitaryanın Avropa Liqasının finalında tam təhlükəsiz şəraitdə iştirak edə biləcəyini bəyan etmişdi. 


Digər xəbərlər

0.34928894042969