“Arsenal” Mxitaryanı Bakıya gətirməli olmadı
“Arsenal”ın yarımmüdafiəçisi Henrix Mxitaryan Bakıda “Çelsi”yə qarşı baş tutacaq Avropa Liqasının final oyununda çıxış etməyəcək.
Bu barədə The Times nəşri yazır.
Mənbənin sözlərinə görə, klub mövsümün həlledici oyununda 30 yaşlı xavbekə bel bağlamır və guya təhlükəsizlik səbəbindən onu Londonda saxlayacaq.
Klub rəhbərliyi hesab edir ki, erməni futbolçunun Azərbaycana mümkün gəlişi ilə yaranacaq səs-küy komandaya vacib oyun öncəsi mənfi təsir edə bilər.
Qeyd edək ki, daha əvvəl Azərbaycanın Xarici İşlər Nazirliyi Mxitaryanın Avropa Liqasının finalında tam təhlükəsiz şəraitdə iştirak edə biləcəyini bəyan etmişdi.
-
Bakı kənd və qəsəbələri arasında II minifutbol turnirində növbəti oyunlar keçirilib
...
-
Rövşən Nəcəf AFFA-nın yeni prezidenti seçildi
...
-
"Neftçi" İdman Klubunun təmsilçiləri ilin üç ayı ərzində 256 medal qazanıblar
...
-
AFFA-nın sabahkı Konfransının gündəliyi açıqlandı
...
-
Azərbaycan futbolunda tarixi ay
...
-
Zaur Qəhrəmanov istefa verdi
...
-
Nazirlər güləşçilərlə görüşdü - Fotolar
...
-
Firdovsi Umudov Xüsusi Konqresdə iştirak etdi - Fotolar
...
-
"Qarabağ" çempionluğunu rəsmiləşdirdi
...
-
“Qarabağ” çempionluq matçına çıxır
...