Ər doqquz aylıq hamilə arvadını bıçaqladı - Uşaq öldü
Abşeron rayonu, Fatmayi qəsəbəsində hamilə qadın həyat yoldaşı tərəfindən bıçaqlanıb.
“Azeripress.az” ONA-ya istinadən xəbərinə görə, 19 yaşlı Fatmayi qəsəbə sakini Atababayeva Səbinə Ağasəf qızı ağır vəziyyətdə, bədəninin müxtəlif hissələrində çoxsaylı kəsilmiş-deşilmiş yaraları diaqnozu ilə xəstəxanaya çatdırılıb.
Cərrahi əməliyyat zamanı müəyyən edilib ki, bıçaq zərbələri daha çox qadının qarnına dəydiyindən, onun bətnindəki qız uşağı tələf olub. Ananın vəziyyəti isə qənaətbəxş qiymətləndirilir.
Məlumata görə, S.Atababayeva valideynlərinin təkidi ilə ərə verilib. Onun hadisə vaxtı 8 aylıq hamilə olduğu bildirilir.
Fakt polis tərəfindən araşdırılır, hadisənin motivi məlum deyil.
Səhiyyə Nazirliyindən bildirilib ki, 9 aylıq hamilə olan qadın kəsilmiş-deşilmiş yara diaqnozu ilə Kliniki Tibbi Mərkəzə çatdırılıb. Uşaq bətndə bıçaq xəsarətlərindən tələf olsa da, qadının vəziyyəti ağırdır.
-
Hər il qarşılıqlı səfərlərin həyata keçirilməsi üzrə yaxşı ənənə formalaşıb
...
-
Dünya ekoloqlarının COP29-dan gözləntiləri çoxdur
...
-
Azərbaycan daim ölkələr arasında sabitləşdirici, birləşdirici aktor kimi rolunu artırır
...
-
COP29-un əhəmiyyəti
...
-
Türk dünyasının birliyinə mühüm töhfə olan Azərbaycan-Qırğızıstan münasibətləri
...
-
Qonşuluq əlaqələrinin gücləndirilməsi davam etdirilməlidir
...
-
Qlobal səylərə sadiqlik
...
-
Açıq söz, əsaslı dəlillər
...
-
Sülh sazişinin imzalanması uzaqda deyil
...
-
COP29-un əhəmiyyəti ölçüyə gəlməzdir
...