Bakıda Arif Məlikovun heykəli ucaldılacaq - Sərəncam

15:40 17-05-2019 | icon 2283
Bakıda Arif Məlikovun heykəli ucaldılacaq - Sərəncam

Azərbaycan Prezidenti İlham Əliyev SSRİ xalq artisti, Dövlət mükafatı laureatı, akademik Arif Məlikovun xatirəsini əbədiləşdirmək məqsədilə sərəncam imzalayıb. 

Sərəncama əsasən, Bakı şəhər İcra Hakimiyyəti Fəxri Xiyabanda Arif Məlikovun qəbirüstü abidəsinin qoyulmasını təmin edəcək. 

Bakı şəhərindəki küçələrdən birinə Arif Məlikovun adı veriləcək. 

Mədəniyyət Nazirliyi Bakı şəhər İcra Hakimiyyəti ilə birlikdə Bakı şəhərində Arif Məlikovun heykəlinin ucaldılmasını, paytaxtda yerləşən musiqi məktəblərindən birinə Arif Məlikovun adının verilməsini təmin edəcək. 

Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb. 


Digər xəbərlər

0.2912700176239