Final günü metro 4-ə qədər işləyə bilər
Futbol üzrə UEFA Avropa Liqasının final qarşılaşmasının Bakı Olimpiya Stadionunda keçiriləcəyini nəzərə alaraq, paytaxt metropoliteni oyunun keçiriləcəyi vaxt - mayın 29-da və 30-na keçən gecə gücləndirilmiş iş rejimində çalışacaq.
Sərnişinlərin təhlükəsizliyi və rahatlığını təmin etmək məqsədilə əlavə işçi qüvvəsinin və texniki vasitələrin, o cümlədən xəttə buraxılmaq üçün ehtiyat qatarların ayrılması nəzərdə tutulub.
Bununla yanaşı, oyunun keçirilməsi üzrə təşkilat komitəsinin müraciətinə əsasən, "Bakı Metropoliteni" QSC-nin rəhbərliyi futbol matçının keçiriləcəyi saatlarda iş qrafikində bir sıra dəyişikliklər edəcək. Zərurət yaranacağı təqdirdə, həmin gecə saat 04:00-a qədər sərnişinlərin metropolitenə daxil olması və müvafiq marşrutlar üzrə hərəkət etməsi təmin ediləcək.
Sərnişinlərə yüksək səviyyədə mədəni xidmət göstərilməsi və onların məmnunluğu məqsədilə may ayının 27-dən turistlərin daha sıx istifadə edəcəyi ehtimal olunan stansiyalarda könüllülər əcnəbilərə bələdçilik edəcək. Üzərinə “Ask me” yazılmış xüsusi geyimlərdə olacaq könüllülər müvafiq qaydada təlimatlandırılaraq, hər biri yaddaş kitabçaları ilə təmin olunacaqlar.
-
Sabahın havası açıqlandı
...
-
Ramazanın 28-ci gününün duası - İmsak və iftar vaxtı
...
-
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Abşeron rayonunda ağacəkmə və təmizlik aksiyası keçirilib
...
-
Qubada iftar mərasimi təşkil olunub
...
-
Vitse-spiker şəhid ailələri üçün iftar süfrəsi açdı - Fotolar
...
-
Sabah 20° isti olacaq
...
-
Ekoloqlar internat məktəbinin şagirdləri ilə ağacəkmə aksiyası keçirib - FOTOLAR
...
-
Ramazanın 27-ci gününün duası - İmsak və iftar vaxtı
...
-
“IDEA” Sabunçuda “Bizim Həyət”in açılışını etdi - Fotolar
...
-
Uğurlu xarici siyasətin yeni təzahürü
...