Zelenksinin andiçməsinə 5 prezident gedir - Putin dəvət edilməyib

09:26 18-05-2019 | icon 2220
Zelenksinin andiçməsinə 5 prezident gedir - Putin dəvət edilməyib

Ukraynanın yeni prezidenti Vladimir Zelenskinin inauqurasiyasına gedəcək beş ölkə prezidentinin adı təsdiqlənib.

Bu barədə Ukrayna XİN-in mətbuat katibi Yekatrina Zelenko məlumat verib. Andiçmə mərasimində Latviya, Litva, Estoniya, Gürcüstan və Macarıstan prezidentləri iştirak edəcəklər. 

Bundan başqa, Avropa Komissiyasının vitse-prezidenti Maroş Şefçoviç və NATO baş katibinin köməkçisi də səfərini təsdiqləyib. 

XİN nümayəndəsinin sözlərinə görə, Rusiya tədbirə dəvət edilməyib: “Biz tərəfdaşımız və dostlarımız olan ölkələri dəvət etmişik”. 

Qeyd edək ki, Ali Rada Zelenskinin inauqurasiyasını mayın 20-nə təyin edib. 


Digər xəbərlər

0.26711320877075