Azərbaycan Kubokunun final matçının vaxtı dəyişdirilib

09:27 18-05-2019 | icon 2266
Azərbaycan Kubokunun final matçının vaxtı dəyişdirilib

Azərbaycan Kubokunun mayın 19-da "Qəbələ" və "Sumqayıt" komandaları arasında keçiriləcək oyunun saatı hər iki klubun Peşəkar Futbol Liqasına müraciətinə əsasən dəyişdirilib.

Oyunun start fiti əvvəlcədən nəzərdə tutulduğu kimi 16:30-da deyil, 17:00-da veriləcək. 

Qeyd edək ki, mövsümün son oyunundan öncə konsert proqramı və açılış mərasimi təşkil olunacaq. 


Digər xəbərlər

0.34674787521362