Xırdalanda idarəetmədən çıxan “Hyundai” avtobusa çırpılıb - FOTO

14:21 18-05-2019 | icon 2862
Xırdalanda idarəetmədən çıxan “Hyundai” avtobusa çırpılıb - FOTO

Sərnişin avtobusu ilə minik avtomobili toqquşub.

Bu gün Xırdalan şəhəri Heydər Əliyev prospektində "Hyundai Sonata" markalı minik avtomobili "Xalıq Faiqoğlu" MMC məxsus məxsus olan və 135 saylı müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobusla toqquşub.

Şirkətdən verilən məlumata görə, avtomobilin sükanı arxasında olan xanım sürücü idarəetməni itirərək minik maşınını qarşı hərəkət zolağına çıxarıb. Nəticədə idarəetmədən çıxan minik avtomobili öz yolu ilə hərəkətdə olan avtobusa çırpılıb.

Xoşbəxtlikdən xəsarət alan olmayıb. Hadisə ilə bağlı aidiyyatı qurum tərəfindən araşdırma aparılır.


Digər xəbərlər

0.23242902755737