“Zagulba Mall”dakı yanğın söndürülüb - Fotolar
Bakının Buzovna qəsəbəsində yerləşən “Zagulba Mall” ticarət mərkəzində yanğın baş verib.
Binada olan insanlar təxliyyə olunub. Hazırda açıq alov olmasa da, tüstülənmə davam edir.
Hadisə yerində yanğınsöndürmə briqadası işləyir.
***
Yanğın zamanı bir neçə nəfər xəsarət alıb. Onlardan 4-ü xəstəxanaya yerləşdirilib. Xəsarət alanlardan 3-ü qadın, 1-i kişidir. Xəsarət alan qadınlardan biri qıcolma əlaməti ilə 26 saylı Birləşmiş Şəhər Xəstəxanasına yerləşdirilib.
Yanğın zamanı zərər çəkmiş bir neçə nəfərə isə hadisə yerində tibbi yardım göstərilib.
**
Bakıda ticarət mərkəzində baş vermiş yanğın zamanı xəsarət alanların sayı artıb.
Hadisə zamanı Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları da xəsarət alıb.
Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə aparılıb.
Qeyd edək ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub. Binada olan insanlar təxliyə edilib.
Yanğınsöndürmə və digər təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi işləri davam etdirilir.
**
Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində üçmərtəbəli ticarət mərkəzində baş vermiş yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, ticarət mərkəzinin zirzəmi qatında 100 m² sahədə parça materiallar yanıb.
-
Vətəndaşın avtomobilində baş vermiş yanğın sərhədçilərin köməyi ilə söndürülüb
...
-
Gürcüstandan Azərbaycana bu yolla keçmək istədi - Foto
...
-
“Nikosayağı” qəza törədərkən sərxoş olubmuş - İş məhkəmədə
...
-
DSX: "Ötən ay sərhəddə 2 milyon 357 min manatlıq qaçaqmal aşkarlanıb"
...
-
İran vətəndaşları saxlanıldı - DSX-dan uğurlu əməliyyat
...
-
Uşaq pornoqrafiyası yayan şəxs cəzalandırıldı
...
-
Ölkəyə saxta 10 min dollar gətirənlər saxlanıldı - Foto
...
-
PFL rəhbərliyi Xankəndi yolunda qəzaya düşdü
...
-
Rəşad Dağlı qətldən əvvəl bıçaq alarkən - Video
...
-
4 milyonluq narkotik dövriyyədən çıxarıldı - Video
...