“Mxitaryanın gəlməsinin müzakirə mövzusu olmasına təəccüblənirik” - Elxan Məmmədov

11:13 19-05-2019 | icon 24
“Mxitaryanın gəlməsinin müzakirə mövzusu olmasına təəccüblənirik” - Elxan Məmmədov
loading...

"Mxitaryanın Bakıya gəlməsi üçün bütün lazımi sənədlər təqdim olunub".

Bunu AFFA-nın baş katibi Elxan Məmmədov deyib. Avropa Liqasının final qarşılaşmasında "Çelsi" ilə üz-üzə gələcək "Arsenal" təhlükəsizlik tədbirlərinə görə, ermənistanlı futbolçusu Henrik Mxitaryanı Azərbaycana gətirməmək qərarına gəlib.

Buna münasibət bildirən AFFA rəsmisi məsələ ilə bağlı Azərbaycan tərəfində heç bir problemin olmadığını söyləyib:

"Əlbəttə, bu məsələni müzakirə etmişik. Hökumət orqanları UEFA və "Arsenal"ın tələbinə uyğun bütün zəmanət məktublarını qitə futbol qurumuna göndərib. Aidiyyəti orqanlar tərəfindən zəruri sənədlər və təhlükəsizlik tədbirləri təmin olunub. Henrik Mxitaryanın Bakıya səfər etməsində heç bir problem olmayacaq".

Elxan Məmmədov bu məsələnin britaniyalılar tərəfindən şişirdilməsinə də təəccübləndiklərini deyib:

"Açığı, bunun mətbuatda, ictimaiyyətdə, xüsusən də, İngiltərədə hələ də müzakirə mövzusu olmasına təəccüblənirik. Çünki biz bütün lazımi sənədləri göndərmişik. "Arsenal" rəsmiləri Bakıda olublar, bizimlə, UEFA rəsmilərilə söhbət ediblər. Ötən il "Arsenal"la "Qarabağ"ın oyunu zamanı da eyni zəmanətlər təqdim olunmuşdu. Sadəcə, baş məşqçi zədə və ya başqa bir səbəbdən onu gətirməmişdi. Ermənistan idmançıları son 10 ildə Azərbaycana problemsiz səfər ediblər. İdman siyasətdən uzaqdı, tamamilə ayrıdı. Bu üzdən Henrik Mxitaryan finalda oynamaq hüququna malikdi".

Qeyd edək ki, "Arsenal"la "Çelsi" arasında final qarşılaşması mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.


Digər xəbərlər

0.30059814453125