Taleh Qaraşov üçün xoş gün
Bu gün Lənkəran Rayon İcra Hakimiyyətinin Başçısı Taleh Qaraşov üçün əlamətdar gündür. O, yubileyini - 60 yaşını qeyd edir.
Qeyd edək ki, Taleh Azay oğlu Qaraşov - 20 may 1959-cu ildə Kürdəmir rayonunun Pirəköçə kəndində anadan olmuşdur.
1981-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu, 1987-ci ildə Bakı Politologiya və Sosial İdarəetmə İnstitutunu bitirmişdir. İxtisası inşaatçı-mühəndis və Politoloqdur.
1981-1982-ci illərdə Kürdəmir rayonundakı 4 saylı "Şirvanmeliosutikinti" trestində mühəndis, 1982-1983-cü illərdə Kürdəmir KP rayon Komitəsində təlimatçı, 1983-1986-cı illərdə Kürdəmir rayon Komsomol Komitəsinin birinci katibi, 1986-1991-ci illərdə Azərbaycan KP Kürdəmir rayon Komitəsində şöbə müdiri, 1991-1996-cı illərdə Kürdəmir rayon İcra hakimiyyəti başçısının müavini, 1996-2002-ci illərdə Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı, 2002-2006-cı illərdə Cəlilabad rayon İcra hakimiyyətinin başçısı, 2006-2011-ci illərdə Neftçala rayon İcra hakimiyyətinin başçısı, 2011-2012-ci illərdə Astara rayon İcra hakimiyyətinin başçısı vəzifəsində çalışmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 14 aprel 2012-ci il tarixli sərəncamı ilə Lənkəran şəhər İcra hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmuşdur.
Xatırladaq ki, bir neçə gün öncə Prezident İlham Əliyev Taleh Qaraşovun 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Biz də, Cənab Qaraşovu redaksiya kollektivimiz adından təbrik edir, ona gələcək fəaliyyətində uğurlar arzu edirik!
-
Melioratorların əməyi ən yüksək diqqətə layiqdir
...
-
Ulu Öndərin qoyduğu təməl üzərində
...
-
İnsanların rifah halını yaxşılaşdırmaq naminə görülən tədbir
...
-
Hadi Rəcəbli vəfat etdi
...
-
Leyla Əliyeva ağacəkmə aksiyasında iştirak etdi
...
-
Sabah Bakıda 24° isti olacaq
...
-
Azərbaycan tibb elminin görkəmli nümayəndəsi
...
-
Akademik Zərifə xanım Əliyevanın zəngin irsi
...
-
İşıqlı zəka sahibi
...
-
Sadə Azərbaycan ziyalısı, xeyixah insan
...