Ayxan Abbasov “Sumqayıt”dan ayrıldı
Azərbaycan kubokunun finalında "Qəbələ"yə 0:1 hesabı ilə uduzan "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov açıqlama verib.
37 yaşlı mütəxəssis öncə oyunu şərh edib:
"Final oyunu tam başqa atmosferdə olur. Çalışdıq ki, oyunçular bu matça hazırlayaq. Təəssüflər olsun ki, görüşün taleyini bir səhv həll etdi. Futbolçularımla fəxr edirəm, bacardıqlarını etdilər.
Oyundan əvvəl də demişdim ki, nəticədən asılı olmayaraq, onlara təşəkkür edəcəm. Yəqin ki, qalib gəlməyi haqq etmirdik. Mənim fikrimcə, avrokuboklara tam hazır deyilik. Əgər avrokuboklara getmək istəyiriksə, inkişaf etməliyik. Futbolçularımızı təbrik edirəm. Azarkeşlərə də təşəkkür edirəm". Gənc mütəxəssis klubdan ayrılacağını deyib:
"Qalib gəlsəydik də, klub rəhbərliyi ilə növbəti iki gündə görüş olacaqdı. Çox güman ki, bu, "Sumqayıt"da son oyunum olacaq". Ayxan Abbasov mövsümün gedişində "gənclik şəhəri" təmsilçisinin baş məşqçisi təyin edilmişdi.
-
Azərbaycan futbolunda tarixi ay
...
-
Zaur Qəhrəmanov istefa verdi
...
-
Nazirlər güləşçilərlə görüşdü - Fotolar
...
-
Firdovsi Umudov Xüsusi Konqresdə iştirak etdi - Fotolar
...
-
"Qarabağ" çempionluğunu rəsmiləşdirdi
...
-
“Qarabağ” çempionluq matçına çıxır
...
-
“Şuşa İƏT Gənclər Paytaxtı - 2024” Beynəlxalq Proqramının keçirilməsinə dair Öhdəlik Protokolu imzalanıb
...
-
“Qarabağ” sabah çempion ola bilər
...
-
Orxan Məmmədov millinin hazırlıq planı ilə tanış olub
...
-
IV Avropa Oyunları İstanbulda keçiriləcək
...