İcra başçısı Dilqəm Əsgərovun oğlu ilə görüşdü - Fotolar
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov öz evində Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərovu qəbul edib.
İcra hakimiyyətindən verilən məlumata görə, görüş zamanı Kürdoğlu Əsgərovun icarəyə götürdüyü torpaq sahəsi ilə bağlı müzakirələr aparılıb. K.Əsgərova ərazinin çay yatağı olduğundan icarəyə götürülməsi üçün aidiyyətli qrumlar-FHN, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən müsbət rəy verilməsinin vacibliyi bildirilib. Vurğulanıb ki, Əsgərov torpaq sahəsini icarəyə götürmək üçün müraciət etdiyi anda dərhal aidiyyətli orqanlara Şəmkir RİH tərəfindən rəsmi müraciət ünvanlanıb.
Müzakirə zamanı məlum olub ki, məsələnin kökündə qısa anlaşılmazlıq olub. Torpağın icarə müqaviləsini artırmaq üçün vətəndaş tərəfindən aidiyyatı dövlət orqanlarının rəyi gözlənilməlidir. Çay süfrəsi arxasında keçirilən görüşdə Alimpaşa Məmmədov hər zaman olduğu kimi, bundan sonra da Kürdoğlu Əsgərova yaxından dəstək olacağını, məsələnin həll olunması üçün əlindən gələni əsirgəməyəcəyini bildirib.
-
Parlament seçkilərinin vaxtı qabağa çəkiləcək - Rəsmi
...
-
Prezident qəbullar keçirdi - Fotolar
...
-
İlham Əliyev Forumun açılışında iştirak etdi - Video
...
-
Prezident MUSLİM İnstitutunun direktorunu qəbul etdi
...
-
İlham Əliyev Almaniyada coşqu ilə qarşılandı - Video
...
-
İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
...
-
Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar
...
-
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldular - Fotolar
...
-
Prezident Japarovu Füzulidə qarşıladı - Fotolar
...
-
İlham Əliyevin forum iştirakçıları ilə səmimi söhbəti - Video
...