Cüdoçumuz Avropa Kubokunda qızıl medal qazanıb

10:31 20-05-2019 | icon 2988
Cüdoçumuz Avropa Kubokunda qızıl medal qazanıb

Orenburqda keçirilən Avropa Kubokunda Azərbaycan cüdoçusu qızıl medal qazanıb.

Qitə turnirində Murad Fətiyev (81 kq) bütün rəqiblərini mübarizədən kənarlaşdıraraq finala vəsiqə qazanıb. Qızıl medal uğrunda görüşdə rusiyalı idmançı Turpal Terkayevi məğlub edən cüdoçumuz Avropa kubokunun qalibi olub.

Azərbaycan əldə etdiyi bir qızıl medalla turnirdə ümumi hesabda beşinci pillədə qərarlaşıb. Birinci yeri Rusiya (10 qızıl, 8 gümüş, 14 bürünc medal), ikinci yeri Belarus (1 qızıl, 1 gümüş, 1 bürünc medal), üçüncü yeri isə Fransa (1 qızıl, 1 gümüş medal) komandası tutub.

Qeyd edək ki, mayın 18-19-da keçirilən və 24 ölkədən 339 idmançının mübarizə apardığı qitə kubokunda Azərbaycanı 13 cüdoçu təmsil edib.

 

 

Digər xəbərlər

0.24361515045166