Neft kəskin bahalaşdı

15:30 20-05-2019 | icon 2362
Neft kəskin bahalaşdı

OPEK + ölkələri 2019-cu ilin ikinci yarısında istehsalın məhdudlaşdırılmasına dair müqaviləni uzatmağa meylli olduqlarını açıqladıqdan sonra dünya bazarında “qara qızıl”ın qiymətində kəskin artım olub. Bahalaşmaya ABŞ-la İran arasında gedən ticarət müharibəsi də təsir göstərib.

 “Brent” markalı neftin qiyməti 0,96 % bahalaşaraq barreli 73,17 dollardan satılır.

WTI markalı neftin qiyməti isə 1,27 % artaraq barreli 63,56 dollardan təklif olunur.

Xatırladaq ki, “Brent” aprelin sonlarında 74,61 dollardan satılırdı.


Digər xəbərlər

0.27068018913269