“Qəbələ” 3 futbolçu ilə vidalaşdı
“Qəbələ” 3 legionerlə yollarını ayırıb. Bu haqda klubun meneceri Səbuhi Səfiyarlı “Xəzər TV”də “Futbol saatı” verilişində açıqlama verib:
“Klub mövsüm bitəndən sonra indiki anda 3 futbolçuyla rəsmən yollarını ayırıb. Fransalı Stiven Monroz, tooqlu Lalavole Atakora və albaniyalı Sabien Lilayla başa çatan müqavilələri uzatmayacağıq. Klub bu 3 legionerlə həm oyun səviyyələrinə, həm də bəzi şərtlərə görə yeni müqavilə imzalamamağı qərara alıb. Ancaq qalan futbolçularımızın heç birinə deməmişik ki, onunla vidalaşmışıq.Heç bir futbolçu da gəlib bizə deməyib ki, müqaviləm bitib, başqa təklifim var, gedirəm. Hamısı gözləyir. Hər bir futbolçunun müqaviləsinin bitməsinə 6 aylıq qalmış başqa klubla danışıq aparmağa, hətta ilkin müqavilə imzalamağa hüququ var. Bu baxımdan Monrozun da “Neftçi”ylə anlaşmasında qeyri-adi heç nə yoxdu”.
Səfiyarlı “Qəbələ”nin gələcək taleyinin hələ tam müəyyənləşmədiyini söyləyib: “İndidən dəqiq bir söz desəm, yalançı olaram. Gəlin, 2-3 gün, ən azı bu həftəni gözləyək. Mövsüm yeni bitib. Görək, sponsorlarımız kluba hansı büdcəni təqdim edəcək ki, buna əsasən hansı işlər görüləcək”.
-
Millimiz Tailandda ikinci oldu
...
-
UEFA Azərbaycanın 11 klubuna ödəniş etdi
...
-
Bakıda Olimpiya Təsnifat turniri başlayır
...
-
“Qurban Qurbanov instaqram nədir, onu da bilmir”
...
-
Azərbaycan yığmasının AÇ-dəki rəqibləri bəlli oldu
...
-
Prezidentin nəvəsindən Qara Qarayevə dəstək - Foto
...
-
Bakı kənd və qəsəbələri arasında II minifutbol turnirində növbəti oyunlar keçirilib
...
-
Rövşən Nəcəf AFFA-nın yeni prezidenti seçildi
...
-
"Neftçi" İdman Klubunun təmsilçiləri ilin üç ayı ərzində 256 medal qazanıblar
...
-
AFFA-nın sabahkı Konfransının gündəliyi açıqlandı
...