Rövnəq Abdullayev: "Avropa Liqasının finalı Bakını tanımayan insanların dünya görüşünü artıracaq"
“UEFA Avropa Liqasının finalına ev sahibliyi etmək AFFA və Azərbaycanın bütün futbol ictimaiyyəti üçün böyük şərəf olmaqla yanaşı, həyəcanla dolu və sevindirici haldır”.
Bu fikirlər AFFA prezidenti Rövnəq Abdullayevin Bakıda keçiriləcək Avropa Liqasının final oyunu ilə bağlı salamlama mesajında yer alıb.
Milli assosiasiya rəhbərinin sözlərinə görə, final matçının Bakı Olimpiya Stadionunda keçirilməsi qərarı milli assosiasiyanın Azərbaycanda futbolu inkişaf etdirmək üçün həyata keçirdiyi dəyərli işinə verilən qiymət, habelə UEFA-nın inam və etimadının göstəricisidir: “Azərbaycan Respublikasının Prezidentinə bu məsələdə bizə verdiyi dəstək üçün hədsiz dərəcədə minnətdarıq. O, Azərbaycanda əsas idman yarışlarının keçirilməsinin böyük tərəfdarıdır və həmişə idmançı və atletlərin ehtiyaclarına diqqətlə yanaşıb. Bu oyuna ev sahibliyi etmək futbolun populyarlığına və paytaxt şəhərə yeni ziyarətçilərin gəlişini stimullaşdırmağa köməklik baxımından Azərbaycan və region üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycanda futbolun inkişafına yeni bir təkan verməklə yanaşı, bu hadisə ölkəmizə ilk dəfə səyahət edən və hər gün artan, inkişaf edən gözəl paytaxtımızı hələ də tanımayan insanların dünya görüşünü artıracaq”.
R.Abdullayev bildirib ki, Azərbaycan 17 yaşadək qadın futbolçular arasında 2012-ci il dünya çempionatına, 2013/2014 mövsümündə UEFA Futzal Kubokuna və 2015/2016 mövsümündə 17 yaşadək futbolçular arasında Avropa çempionatının final turnirinə ev sahibliyi etdiyindən, AFFA-nın nüfuzlu yarış və tədbirlərin təşkilində böyük təcrübəsi var: "Avropa Liqasının final oyununa ev sahibliyi, şübhəsiz ki, ölkəmizdəki futbol azarkeşlərinə başqa bir dəyərli miras qoyacaq”.
Qeyd edək ki, UEFA Avropa Liqasının mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final oyununda İngiltərənin “Arsenal” və “Çelsi” komandaları qarşılaşacaq. Matç saat 23:00-da başlayacaq.
-
Fərid Qayıbov ABŞ-də azərbaycanlı idmançılar və tələbələrlə görüşüb
...
-
"Red Bull Four 2 Score Azerbaijan" ölkə finalı keçiriləcək
...
-
Millimizə 20 futbolçu dəvət olundu
...
-
Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində üçüncü turun oyunları keçirilib
...
-
Ümumdünya Antidopinq Agentliyi (WADA) 2024-cü il 19 aprel tarixini dünyada Ədalətli İdman Günü elan edib
...
-
Azərbaycanın bank sektorunun əməkdaşları Azərbaycan Bilyard Federasiyasının təşkilatçılığı ilə keçirilən bilyard turnirində mübarizə aparırlar
...
-
Tarix yazan qızlarımız - Onlar kimlərdir?
...
-
"Araz Saatlının" baş məşqçisi: "Vəziyyətimiz ağırdı"
...
-
Rüstəm Əhmədzadə: "Sona qədər mübarizə aparacağıq"
...
-
3x3 qadın millimiz "Paris-2024" Olimpiadasında - Tarixi uğur
...