Azercell “Optimal Elektronika” ilə tərəfdaşlığa başladı
Azercell şirkəti 71-dən çox pərakəndə satış nöqtəsinə sahib olan və Azərbaycanın elektronika sahəsində aparıcı pərakəndə satış şirkətlərindən biri olan “Optimal Elektronika” MMC ilə yeni müqavilə imzalayaraq, şirkətin rabitə tərəfdaşı olduğu haqqında məlumatı yayımlayır.
Şirkətin mətbuat xidmətindən daxil olan məlumata görə, sövdələşməyə əsasən Azercell-in müasir mobil şəbəkəsi üzərindən internet və danışıq xidmətlərindən yararlanmaqla yanaşı, həmçinin “Optimal Elektronika” MMC-yə şirkətin yenilənmiş, idarəedilən rəqəmsal marketinq xidmətləri vasitəsilə öz rabitə xərclərinə nəzarət etmək, onları öncədən təyin etmək və eyni zamanda alıcılarına ən yaxşı müştəri təcrübəsini yaşatmaq fürsətini təklif edir.
"Mən bu razılaşmanı şirkətimizin iş planlarına əsasən iş prosesinin sadələşdirilməsi, əməliyyat effektivliyinin artırılması və əməkdaşlığın gücləndirilməsi istiqamətində mühüm bir addım kimi görürəm. Mürəkkəbliyin azaldılması bizim inkişaf strategiyamızın əsas hissəsidir. Məhsuldarlığı və effektivliyi davamlı olaraq təkmilləşdirməklə, biz müştərilərin ehtiyaclarını daha yaxşı qarşılaya bilərik. Bizim şirkətimizin gələcək inkişafını dəstəkləmək üçün düzgün rabitə platforması təqdim edən Azercell-lə iş birliyindən məmnunam”, - deyə “Optimal Elektronika" şirkətinin direktoru, cənab Əhəd Əsgərov bildirib.
-
“Nar” beynəlxalq mükafata layiq görüldü
...
-
“Nar”dan yeni dərs ili üçün əla fürsətlər!
...
-
“Nar” xidmət mərkəzlərini yeniləməyə davam edir
...
-
“Azeri Light”ın qiyməti 99 dollara çatır
...
-
“Azeri Light”ın qiyməti 98 dollara çatır
...
-
“Nar”dan təhsilə dəstək: Ən çox bal toplayan abituriyentlər mükafatlandırıldı
...
-
Azərbaycanda bu yolun ödənişli olacağına qərar verildi
...
-
Sentyabrın 8-dən qatarlar - Bu cədvəllə hərəkət edəcək
...
-
“Azeri Light”ın qiyməti 92 dollara çatır
...
-
“Gilan Holding” ləğv olundu
...