DİN-dən “Tarqovı”nın bağlanmasına rəsmi - Münasibət

18:00 21-05-2019 | icon 3887
DİN-dən “Tarqovı”nın bağlanmasına rəsmi - Münasibət

Daxili İşlər Nazirliyi mayın 25-dən 31-nə qədər “Tarqovı”ya yerli sakinlərin buraxılmayacağına münasibət bildirib.

Nazirliyin Mətbuat Xidmətinin rəhbəri Ehsan Zahidov açıqlamasında qeyd edib ki, bu barədə hər hansı açıqlama yaymayıblar:

“Biz belə bir məzmunda açıqlama yaymamışıq, bunu bizdən niyə soruşursunuz ki? Nə məhdudiyyət? Belə məlumat yaymamışıq”.

Yayılan məlumata görə, UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyunu ilə əlaqədar mayın 25-dən 31-dək paytaxtın bəzi mərkəzi küçə və meydanlarında, xüsusən də Nizami ("Tarqovı") və İstiqlaliyyət küçələrində və Fəvvarələr meydanında vətəndaşların sıx hərəkətinə, eləcə də “Respublika Günü” ilə əlaqədar “İstiqlaliyyət” küçəsindəki abidəni ziyarətə gəlmələrinə məhdudiyyətlər qoyulacaq.(qafqazinfo)


Digər xəbərlər

0.26417112350464