“Əsassız qərardan təəssüflənirik” - AFFA-dan Mxitaryan açıqlaması
“Biz “Arsenal” klubunun Henrix Mxitaryanın öz komandası ilə birgə Çelsiyə qarşı UEFA Avropa Liqasının final oyununda iştirak etmək üçün Bakıya gəlməyəcəyi ilə bağlı bəyanatından məyus olduq”.
Bu sözləri AFFA-nın baş katibi Elxan Məmmədov deyib:
““Arsenal” klubu, oyunçunun özü və ailəsi ilə birgə qəbul edilən bu əsassız qərardan çox təəssüflənirik”.
Baş katib bir daha vurğulayıb ki, Azərbaycan Mxitaryanın təhlükəsizliyinin təminatı ilə bağlı UEFA-nın tələb etdiyi bütün mümkün zəmanəti təqdim etmişdi:
“Azərbaycanın təqdim etdiyi zəmanətin ciddiliyini şübhə altına almaq üçün heç bir əsas yoxdur. Son on ildə çox sayda erməni idmançı hər hansı insident olmadan Azərbaycanda təşkil olunan müxtəlif növ beynəlxalq idman yarışlarında iştirak edib. Nəhayət, hesab edirik ki, məyusluq yaradan bu qərar heç bir şəkildə qarşıdakı böyük oyunun əyləncə və keyfiyyətinə təsir etməyəcək. Səbirsizliklə hər iki komandanı Bakıda gözləyirik”.
-
“Qarabağ” – “Səbail” matçında 6 qol - Video
...
-
Bilyard üzrə Azərbaycan çempionatı keçiriləcək
...
-
Azərbaycan və Gürcüstan Qolf Federasiyaları birgə əməkdaşlıq qurur - Memorandum imzalanıb
...
-
“Neftçi” İdman Klubunun Amputant futbol komandası qələbə qazanıb
...
-
“Qaradağ Lökbatan”dan önəmli səfər qələbəsi
...
-
Millimiz Tailandda ikinci oldu
...
-
UEFA Azərbaycanın 11 klubuna ödəniş etdi
...
-
Bakıda Olimpiya Təsnifat turniri başlayır
...
-
“Qurban Qurbanov instaqram nədir, onu da bilmir”
...
-
Azərbaycan yığmasının AÇ-dəki rəqibləri bəlli oldu
...