“Ayntraxt” azarkeşləri biletlərini azərbaycanlı uşaqlara hədiyyə etdi
Almaniyanın “Ayntraxt” klubunun azarkeşləri azərbaycanlı fanatlara jest edib.
Avropa Liqasının yarımfinal mərhələsində “Çelsi”yə penaltilər seriyasında uduzan Frankfurt klubunun bir çox azarkeşi Bakıda keçiriləcək finala bileti daha öncədən alıb. Komandanın finala yüksələ bilməməsi alman azarkeşlərin Bakı planlarını pozub.
“DW Sports” nəşrində çalışan almaniyalı jurnalist Feliks Tamsut “Twitter” hesabında “Ayntraxt” azarkeşlərinin biletlərini Azərbaycanda yoxsulluq içində yaşayan uşaqlara bağışladığını yazıb.
“Finala bilet alanlar nə edib? Almaniyada çıxan xəbərlərə görə, təxminən 100 “Ayntraxt” fanatı biletlərini Azərbaycandakı yoxsul uşaqlara bağışlayıb”, - deyə Feliks qeyd edib.
Avropa Liqasının finalında İngiltərənin “Çelsi” və “Arsenal” klubları qarşı-qarşıya gələcək. Mayın 29-u, Bakı Olimpiya Stadionunda keçiriləcək matç üçün biletlərin qiyməti 30-140 avroyadır.
-
Bilyard üzrə Azərbaycan çempionatı keçiriləcək
...
-
Azərbaycan və Gürcüstan Qolf Federasiyaları birgə əməkdaşlıq qurur - Memorandum imzalanıb
...
-
“Neftçi” İdman Klubunun Amputant futbol komandası qələbə qazanıb
...
-
“Qaradağ Lökbatan”dan önəmli səfər qələbəsi
...
-
Millimiz Tailandda ikinci oldu
...
-
UEFA Azərbaycanın 11 klubuna ödəniş etdi
...
-
Bakıda Olimpiya Təsnifat turniri başlayır
...
-
“Qurban Qurbanov instaqram nədir, onu da bilmir”
...
-
Azərbaycan yığmasının AÇ-dəki rəqibləri bəlli oldu
...
-
Prezidentin nəvəsindən Qara Qarayevə dəstək - Foto
...