Akademik Musiqili Teatr Afaq Bəşirqızı ilə Qəbələdə…

19:16 22-05-2019 | icon 3192
Akademik Musiqili Teatr Afaq Bəşirqızı ilə Qəbələdə…

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı Ramazan bayramı münasibətilə geniş
heyətlə Qəbələdə qastrol səfərində olacaq.


Belə ki, tamaşaçıların çoxsaylı xahişini nəzərə alaraq Teatr bayram günlərində iyunun 5-
də saat 19:00-da  Qəbələ Konqress Mərkəzində milyonların sevimlisi, "Şöhrət” ordenli Xalq
artisti Afaq Bəşirqızının iştirakı ilə  Əli Səmədlinin “Toya bir gün qalmış” iki hissəli
komediyasını nümayiş etdirəcək.


Səhnə əsərində Afaq Bəşirqızı ilə yanaşı, teatrın sevimli aktyorları Əməkdar artist
Ələkbər Əliyev, aktyorlar - Möylə Mirzəliyev, Məhərrəm Qurbanov, Ağaxan Şərifov,
Rəsmiyyə Nurməmmədova, Gülcahan Salamova, Əliməmməd Novruzov, Hüseyn Əlili,
Gülnarə Əzizova, Ruslan Mürsəlov, Fərid Rzayev də çıxış edəcəklər.


2015-ci ildən teatrın repertuarına daxil olan və hər dəfə uğurlu nümayişi ilə yaddaşlarda
qalan bu tamaşanın quruluşçu-rejissoru Əməkdar incəsənət xadimi Əsgər Əsgərov, rəssamı
Əməkdar rəssam Nabat Səmədova, musiqi rəhbəri Xalq artisti Ənvər Sadıqov, musiqi
tərtibatçısı Emin Həsənov, baletmeysterləri Əməkdar artistlər - Yelena və Zakir Ağayevlər,
xormeysteri Əməkdar artist Vaqif Məstanovdur.


Əsərin süjet xətti gözlənilməz və maraqlı situasiyalarla zəngindir. Tamaşada cərəyan
edən hadisələr oğlunun toyuna bir gün qalmış vəzifəli şəxsin dünyasını dəyişməsi ilə başlayır.
Onun həyat yoldaşının isə bunu hamıdan gizlətməsi vəziyyəti daha da mürəkkəbləşdirir. Qadın
düşünür ki, ərinin ölümünü gizlətməsə toyu təxirə düşəcək və onların bir sıra maddi maraqları
alt-üst olacaq. Beləliklə, ailə dəfn işləri ilə məşğul olmaqdansa, toy hazırlıqlarını davam etdirir.
Əsl tragikomik həngamə də bundan sonra başlayır…


Azərbaycan Dövlət Akademik Musiqili Teatrı Afaq Bəşirqızının yaradıcılığının vurğunu
olan hər kəsi bu tamaşaya baxmağa dəvət edir. Kollektiv sifarişlər qəbul olunur! Biletlər
məhduddur!


Digər xəbərlər

0.23490190505981