Musiqili Teatrda “O olmasın, bu olsun” - 60-ci dəfə

19:32 22-05-2019 | icon 2727
Musiqili Teatrda “O olmasın, bu olsun” - 60-ci dəfə

Mayın 23-də saat 19:00-da Azərbaycan Dövlət Akademik Musiqili
Teatrında dahi Üzeyir Hacıbəylinin dünyaca məşhur “O olmasın, bu olsun” iki
hissəli musiqili komediyası 60-ci dəfə nümayiş olunacaq.


Qeyd edək ki, Mədəniyyət Nazirliyinin “ZİRVƏ” Mükafatına layiq
görülmüş möhtəşəm tamaşa Azərbaycan Respublikasının Xalq artisti, “Şöhrət”
ordenli Cənnət Səlimovanın quruluşunda səhnəyə qoyulub. İllərdir səhnədən
düşməyən bu komediya hər dəfə böyük maraqla izlənilir, rəğbətlə qarşılanır.


Tamaşanın quruluşçu-dirijoru Əməkdar incəsənət xadimi Nazim
Hacıəlibəyov, quruluşçu-rəssamı Əməkdar rəssam İsmayıl Məmmədov, quruluşçu-
baletmeysterləri Əməkdar artistlər Zakir və Yelena Ağayevlərdir. Rollarda
Əməkdar artistlər Şövqi Hüseynov, Novruz Qartal, Əzizağa Əzizov, aktyorlar -
Möylə Mirzəliyev, Nadir Xasıyev, Səmədzadə Xasıyev, Türkel Tariqpeyma,
Əliməmməd Novruzov, Elxan İsmayılov, Telnaz Hüseynova, Gülnarə Əzizova,
Gülnarə Abdullayeva, Ağaxan Şərifov, Elməddin Dadaşov, Fərid Rzayev, Təranə
Əliyeva, Rüstəm Rüstəmov, Əli Kərimov, Murad Əliyev və başqaları çıxış
edəcəklər.


Biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN Xidmət”
mərkəzlərindən, “iticket.az” saytından əldə etmək olar.


Digər xəbərlər

0.29313111305237