Arif Qasımov rayon sakinləri ilə görüş keçirib
Mayın 22-də Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımovun B.Nuriyev küçəsi 10a, 12 və Babək prospekti 79 saylı binaların sakinləri ilə növbəti səyyar qəbul-görüşü keçirilib.
Səyyar qəbulda icra başçısı Arif Qasımov rayonda aparılan abadlıq və yenidənqurma işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən və bu sahədə qarşıda duran vəzifələrdən ətraflı danışıb.
Qəbulda sakinlər tərəfindən onları narahat edən məsələlərlə bağlı verilən suallar icra başçısı tərəfindən ətraflı cavablandırılıb, onları maraqlandıran məsələlər ətrafında müzakirələr aparılıb.
Səyyar qəbulda çıxış edən sakinlərin yaşadıqları binaların dam örtüklərinin təmiri, girişlərin işıqlandırılması, məhəllənin abadlaşdırılması və digər sosial problemləri dinlənilib, onların rəy və təklifləri nəzərə alınıb, müraciətlərdən bir qismi yerindəcə həll edilib, digərləri isə əlavə araşdırmalara ehtiyac olduğuna görə aidiyyəti təşkilatlara həll edilməsi üçün müvafiq tapşırıqlar verilib və nəzarətə götürülüb.
-
Bazar günü 32° isti olacaq
...
-
Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirilib - FOTOLAR
...
-
Şənbə gününə 32° isti gözlənilir
...
-
İki qardaş xalqın münasibətləri yüksək səviyyədədir
...
-
Münasibətlərimizin tarixi zəngindir
...
-
İki ölkə arasında dövlətlərarası münasibətlər fəallaşır
...
-
Azərbaycan xalqı Çingiz Aytmatovla fəxr edir
...
-
Davamlı əməkdaşlığın əsas meyarı
...
-
Azərbaycan Qırğız Respublikası ilə münasibətlərə böyük önəm verir
...
-
Azərbaycan ilə Qırğızıstan arasındakı tarixi əlaqələr
...