Futbola gedənlər elektrik qatarları ilə pulsuz daşınacaqlar
29 mayda Bakı şəhərində keçiriləcək UEFA Avropa Liqasının final oyunu ilə əlaqədar olaraq, tədbirin keçirildiyi müddətdə dəmir yolu nəqliyyatı üzrə hərəkətin təşkilini tənzimləmək məqsədilə “Azərbaycan Dəmir Yollan” Qapalı Səhmdar Cəmiyyətinin sədrinin müvafiq əmri ilə tədbirlər planı hazırlanıb.
Tədbirlər Planına əsasən, 29 may 2019-cu il tarixində Bakı şəhərində UEFA Avropa Liqasının final oyununun keçirilməsi ilə əlaqədar, oyun üçün akkreditasiyadan keçmiş şəxslərin 25-28 may 2019-cu il tarixlərində gün ərzində, bilet (dəvətnamə) sahibi olan şəxslərin, habelə oyun üçün akkreditasiyadan keçmiş şəxslərin və digər aidiyyəti qonaqların 29 may 2019-cu il tarixində final oyunu başlamazdan əvvəl saat 18:00-dan 23:00-dək, 30 may 2019-cu il tarixində isə oyun bitəndən sonra saat 01:00-dan 04:00-dək “Stadler Kiss” markalı elektrik qatarları ilə Bakı sərnişin stansiyası və “Koroğlu” dayanacağı, eyni zamanda Bakı-Sumqayıt arasında ödənişsiz daşınması təmin ediləcək.
Eyni zamanda, həmin oyunu izləmək üçün futbol həvəskarlarının və digər aidiyyəti qonaqların Gürcüstandan Bakıya və geriyə daşınmasını həyata keçirmək üçün, 28.05.2019 - cu il tarixində saat 22:35-də Tbilisidən Bakıya və 30.05.2019-cu il tarixində saat 08:00-da Bakıdan Tbilisiyə əlavə sərnişin qatarı təyin ediləcək.
Qeyd edilən əlavə qataraların təyin edilməsi ilə əlaqədar Bakıdan 27.05.2019-cu ildə, geriyə Qazaxdan 28.05.2019-cu ildə hər iki istiqamətdə 98/97 saylı Bakı-Qazax-Bakı qatarı bir reysə ləğv edilir.
Bakıdan 29.05.2019-cu il tarixdə, bir istiqamətdə 98 nömrəli Bakı-Qazax qatarının hərəkəti bir istiqamətdə ləğv edilir.
Eyni zamanda Bakıdan 30.05.2019-cu il, geriyə Astaradan 31.05.2019-cu il tarixində bir reysə 660/659 nömrəli Bakı-Astara-Bakı qatarı ləğv edilir.
-
3x3 qadın millimiz "Paris-2024" Olimpiadasında - Tarixi uğur
...
-
Gəncə MDB-nin idman paytaxtı olacaq
...
-
Qadın millimizdən "Paris-2024" yolunda uğurlu start
...
-
Dadaş Dadaşbəyli Dünya Kubokunda 3 gümüş medal qazanıb
...
-
Gəncə şəhər stadionunun təməli qoyuldu - Fotolar
...
-
Avropa çempionatında möhtəşəm nəticə
...
-
"Komandama güvənirəm"
...
-
Maqsud Adıgözəlovun “uğur hekayəsi”nin arxasında kim dayanır?
...
-
“Araz-Naxçıvan”ın yeni baş məşqçisi açıqlandı
...
-
Qadın millimiz Paris Olimpiadası üçün bu komandalarla oynayacaq
...