Musiqili Teatrda “Balaca Şahzadə” 4 dəfə göstəriləcək
Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Antuan de Sent-Ekzüperinin "Balaca Şahzadə” əsərinin motivləri əsasında hazırlanan eyniadlı tamaşanı nümayiş ediləcək.
Tamaşalar mayın 31-i, saat 13:00 və 19:00-da, iyunun 1-i, saat 12:00 və 19:00-da nümayiş olunacaq.
Tamaşanın quruluşçu rejissoru xalq artisti, Cənnət Səlimova, bəstəkarı Ruslan Ağababayev, xoreoqrafı Rusiya Federasiyasının əməkdar incəsənət xadimi, dünya şöhrətli baletmeyster Sergey Gritsay, musiqi rəhbəri əməkdar artist Vaqif Məstanov, rəssamı Məryəm Ələkbərli, baletmeysterləri əməkdar artistlər Zakir və Yelena Ağayevlər, səhnələşdirəni Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi, şair İlqar Fəhmi, rejissoru əməkdar artist Nofəl Vəliyevdir. Səhnə qrafikası Mehdi Məmmədova, video quraşdırmalar isə "Bakı Media Mərkəzi”nə məxsusdur.
Balaca Şahzadə obrazını Musiqili Teatrın iki azyaşlı aktyoru Atilla Məmmədov və Rahib Məmmədzadə canlandıracaq. Digər rolları əməkdar artistlər - Ələkbər Əliyev (Kral), Şövqi Hüseynov (Tülkü), aktyorlar - Əmrah Dadaşov (Təyyarəçi), Nicat Əli (Dərviş) Aydan Həsənova (Qızılgül), Əliməmməd Novruzov (Şoumen), Məhərrəm Qurbanov (Əyyaş), Hüseyn Əlili (Fənərçi), Rauf Babayev (Kommersant), Emil Heydərov (Qlobus), İbrahim Əlizadə (Ora-bura) ifa edirlər.
Tamaşanı teatrın rejissor assistenti Sevinc Məmmədova idarə edir.
Qeyd edək ki, "Balaca Şahzadə” tamaşasının layihə rəhbəri Heydər Əliyev Fondunun Vitse-Prezidenti Leyla Əliyevadır.
-
Cavanşir Məmmədov vəfat etdi
...
-
Qorqudun Avroviziya 2024 mahnısının təqdimatı keçirildi - VİDEO
...
-
Azərbaycanda “Arap Kadri” Türk komediyasının nümayişi başlayır
...
-
Azərbaycanın səslərini Aysel açıqlayacaq
...
-
Azərbaycanda yeni radio fəaliyyətə başlayır
...
-
Belarus Kino Günlərinin açılışı olub
...
-
“Şuşaya qayıdırıq” - Video
...
-
“Arka sokaklar”dan buna görə çıxıbmış
...
-
“Arşın mal alan” və “Leyli və Məcnun” ilk dəfə Cenevrədə - Fotolar
...
-
Musiqili Teatrda Lütfəli Abdullayevin xatirəsi yad olunub
...