“Azərbaycana 30 mindən çox azarkeş gələcək” - Azad Rəhimov

21:49 24-05-2019 | icon 2170
“Azərbaycana 30 mindən çox azarkeş gələcək” - Azad Rəhimov

“Bakı UEFA Avropa Liqası finalına hazırdır. Azərbaycana 30 mindən çox əcnəbi azarkeş gələcək”. Bu sözləri “Anadolu Agentliyi”nə açıqlamasında Gənclər və İdman naziri Azad Rəhimov deyib. 

O, UEFA rəsmilərinin Bakı Olimpiya Stadionunu yoxladığını bildirib: “Stadionu yoxladılar və 5 ballıq sistemlə 4,5 bal verdilər. Hər hissəsi düşünülərək inşa edilən stadiondur. Bütün sistemlər problemsiz işləyir. Azarkeşlərin də hava limanından rahat gəlməsi üçün hər şey düşünülüb”.

Qeyd edək ki, Avropa Liqasının finalında “Arsenal” və “Çelsi” üz-üzə gələcək. Qarşılaşma Bakı Olimpiya Stadionunda mayın 29-da saat 23:00-da başlayacaq.


Digər xəbərlər

0.25686383247375