Gömrük sədri yenə "problem yoxdur" deyir, amma...
Səfər Mehdiyev yenə "problem yoxdur" deyir, amma...
"Karqo terminallarında gömrük yoxlamaları ilə bağlı hər hansı sıxlıq müşahidə olunmur. Gömrük normal iş üslubunda çalışır”.
Bunu açıqlamasında Azərbaycana yüklərin çatdırılması ilə məşğul olan karqo şirkətlərinin karqo terminallarında gömrük yoxlamaları səbəbindən yüklərin gecikməsi ilə bağlı iddialarına aydınlıq gətirən Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev deyib.
S.Mehdiyevin sözlərinə görə, bu ildən gömrük orqanları ilə vergi orqanları bir yerdə uçotun qurulması ilə bağlı yeni qaydalar qüvvəyə minib: "Hər bir sahibkarın malları öz adına bəyan etməsi prosesi başlayıb. Bu proses 1 ay öncədən start götürüb. Həmin proses bir az sıxlıq yarada bilər, səbəbi isə ondan ibarətdir ki, ola bilsin sahibkarlar ona hələ tam hazır deyil. Onlar onu qeyd edə bilərlər. Ümumilikdə hər hansı rüsum yaxud vergidə, həmçinin gömrük nəzarətində dəyişiklik baş verməyib”.
Xatırladaq ki, son günlər Azərbaycana başqa ölkələrdən gələn yüklərin çatdırılmasında yubanmalar qeydə alınıb. Müştərilərə müraciət edən bəzi karqo şirkətləri bunun karqo terminallarındakı gömrük yoxlamaları ilə bağlı olduğunu qeyd ediblər.
-
“Yelo Bank” mikrosahibkarlar üçün bahar kampaniyasını başladır
...
-
“Nar”ın satış və xidmət şəbəkəsi artıq Şamaxıda!
...
-
Yelo kart ilə daha çox cashback qazanmağa hazır ol!
...
-
Rövşən Nəcəfə yeni müşaviri təyin edildi
...
-
Nazirlik taksilərlə bağlı məlumat yaydı
...
-
İllik 9.5% ilə nağd kredit üçün son 3 gün
...
-
Azərbaycanda ən populyar avtomobillərin reytinqi tərtib edilib
...
-
“Nar” ilə səyahətdə WhatsApp-da pulsuz yazış!
...
-
Bakıda yeni hava limanı tikilir - Video
...
-
“Nar” sərfəli mobil operator mövqeyini qoruyur
...