Leyla Əliyeva şeirlərini oxudu - Fotolar

10:27 25-05-2019 | icon 2751
Leyla Əliyeva şeirlərini oxudu - Fotolar

Mayın 24-də ölkədə populyar olan “SÖZ” layihəsinin yeni istiqamətinin təqdimatı keçirilib.

Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da iştirak edib.

Layihənin direktoru Nigar Həsənzadə deyib ki, özünü təsdiqləmiş ədəbi layihə bu dəfə qonaq və iştirakçılar qismində yalnız gənc müəllifləri toplayıb. O, bildirib ki, yeni konsepsiya gənc müəlliflər üçün “açıq qapılar”ın keçirilməsini nəzərdə tutur. 

Sonra gənc şairlər öz şerlərini oxuyublar. Tədbirdə Leyla Əliyeva da müəllifi olduğu şeirləri oxuyub.

Sonda gənc yazarlar öz kitablarını Leyla Əliyevaya təqdim edib, onunla xatirə şəkli çəkdiriblər.

 






Digər xəbərlər

0.28432011604309