Hidayət Heydərov Çin Qran-prisinin qalibi oldu - Fotolar
Çin Xalq Respublikasında keçirilən cüdo üzrə beynəlxalq turnirin 2-ci günü Azərbaycan millisi üçün uğurlu olub.
73 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Hidayət Heydərov bütün rəqiblərinə qalib gələrək Çin "Qran-Pri"sinin qızıl medalını qazanıb.
Hidayət Heydərov Yunanıstan, Rusiya, Kanada, İsveç cüdoçularını məğlub edərək həlledici görüşdə Birləşmiş Ərəb Əmirliklərinin moldovan əsilli idmançısı Viktor Skvortovla qarşılaşlb. Rəqibini "ippon" təmiz qələbə ilə udan Hidayət Bakı "Böyük Dəbilqə"sindən iki həftə sonra Çin "Qran-Pri" yarışının da baş mükafatını qazanıb.
Qeyd edək ki, Çində 43 ölkədən 298 cüdoçu mübarizə aparır. Azərbaycan beynəlxalq turnirdə 6 cüdoçu ilə təmsil olunur.
-
3x3 qadın millimiz "Paris-2024" Olimpiadasında - Tarixi uğur
...
-
Gəncə MDB-nin idman paytaxtı olacaq
...
-
Qadın millimizdən "Paris-2024" yolunda uğurlu start
...
-
Dadaş Dadaşbəyli Dünya Kubokunda 3 gümüş medal qazanıb
...
-
Gəncə şəhər stadionunun təməli qoyuldu - Fotolar
...
-
Avropa çempionatında möhtəşəm nəticə
...
-
"Komandama güvənirəm"
...
-
Maqsud Adıgözəlovun “uğur hekayəsi”nin arxasında kim dayanır?
...
-
“Araz-Naxçıvan”ın yeni baş məşqçisi açıqlandı
...
-
Qadın millimiz Paris Olimpiadası üçün bu komandalarla oynayacaq
...