UEFA-dan “Arsenal”ın futbolçularına qadağa

17:40 27-05-2019 | icon 2875
UEFA-dan “Arsenal”ın futbolçularına qadağa

“Arsenal”ın oyunçuları Avropa Liqasının finalında “Çelsi” ilə matç üçün Bakıya gətirilməyən erməni futbolçu Henrix Mxitaryana dəstək vermək istəyib.

Futbolçular Bakıdakı məşqlərdə üzərində Mxitaryanın adı yazılan formaları geyinməyi planlaşıdırıblar. Lakin UEFA buna icazə verməyib.

“Arsenal”a istənilən təxribati hərəkətin qadağan olunduğu bildirilib. İngilis nəşri “Arsenal”ın Mxitaryanla bağlı bəyanat verməkdən çəkindiyini və futbolçuya dəstək vermək üçün heç bir tədbir görməyəcəyini yazıb. Xatırladaq ki, Mxitaryan Azərbaycanda bütün zəruri təhlükəsizlik zəmanəti alsa da, “Arsenal” erməni futbolçusunu mayın 29-da Bakı Olmipiya Stadionunda keçiriləcək final oyununa gətirməyib.


Digər xəbərlər

0.46642088890076