Bakıda dördəm dünyaya gəlib - Foto

21:32 28-05-2019 | icon 2358
Bakıda dördəm dünyaya gəlib - Foto

Uzun illər övlad həsrətində olan Axundovlar ailəsində dördəm dünyaya gəlib.

Bu haqda körpələrin dünyaya gəldiyi hospitalın İnstaqram hesabında məlumat verilib. Respublika Günü ərəfəsində doğulan 2-si qız, 2-si oğlan olan körpələr tam sağlamdırlar. 

Bir dəfəyə 4 övlad sahibi olan gənc ailənin sevincinin həddi-hüdudu yoxdur. Bu gün həyatlarının ən xoşbəxt günü olduğunu deyən Axundovlar, körpələrinin sağlam və xoşbəxt olması üçün əllərindən gələni edəcəklərini bildiriblər.

 

 


Digər xəbərlər

0.21652388572693