“Mxitaryan qorxursa, özünə uşaq bezi alsın” - Əfsanəvi futbolçu
“Mxitaryanın Bakıya getməkdən imtina etməsini başa düşə bilmirəm. Kimdən qorxursan, hansı siyasi əlaqələrdən? Futbolçudur işini görməlidir, meydana çıxmalıdır”. Bu sözləri Rusiyanın əfsanəvi futbolçusu Andrey Kançelskis deyib.
O, “Arsenal”ın erməni futbolçusu Henrik Mxitaryanın Bakıda keçiriləcək finala gəlməməsini doğru hesab etməyib. Kançelskis bildirib ki, Azərbaycan paytaxtında Mxitaryana heç kim problem yaratmayacaq: “Orda heç kim Mxitaryana problem yaratmaz. Fitə basmaq, qışqırmaq normal haldır. Maradona DÇ-də əllə qol vuranda da hər kəs onu fitə basmışdı. Lakin o, həyatdadır. Mxitaryan qorxursa, özünə uşaq bezi alsın. Qorxursa, qorxaq olduğunu etiraf etsin. İnsanın gücü olmalıdır. Mən klub olsaydım, peşəkarlıqdan kənar davrandığı üçün onu cəzalandırardım. Əgər Avropa Liqasını qazana bilməsələr, Mxitaryan günahkar olacaq. Çünki komandasına kömək etmədi”.
Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək final qarşılaşması saat 23:00-da başlayacaq.
-
"Prezident Kuboku-2024": Beynəlxalq reqataya hazırlıqlar başa çatıb
...
-
Mehriban Əliyevadan Ülviyyəyə təbrik - “Səninlə fəxr edirəm!”
...
-
Albaniya - Azərbaycan matçının saatı və məkanı açıqlandı
...
-
Ülviyyə Fətəliyeva Avropa çempionu oldu - Tarixə düşdü
...
-
Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində 1/4 final mərhələsinin oyunları keçirilib
...
-
Azərbaycan çempionatında mövsümün rekordu
...
-
Avarçəkənimiz Paris-2024-ə lisenziya qazanıb
...
-
Daha bir cüdoçumuz Avropa çempionu oldu
...
-
"Reallıq odur ki, "Qarabağ" bir neçə baş üstündür: "Neftçi"dən çempionluq gözləmək absurd olardı"
...
-
FIFA prezidenti “Qarabağ”ı təbrik etdi
...