Muzey Akademik Musiqili Teatra təşəkkür etdi
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi Musiqili Teatra təşəkkür məktubu göndərib.
Teatrın Mətbuat xidmətindən verilən məlumata görə, Akademik Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əliqismət Lalayevə ünvanlanan məktubda deyilir:
"Hörmətli Əliqismət müəllim! Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində 22 may 2019-cu il tarixində SSRİ Xalq artisti Soltan Hacıbəyovun 100 illik yubileyi münasibətilə keçirilən tədbirdə Sizin rəhbərlik etdiyiniz teatrın konsertmeysteri Arzu Hüseynova yüksək səviyyədə çıxış etmişdir".
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramovanın imzaladığı təşəkkür məktubunda daha sonra qeyd olunur: "Göstərdiyiniz köməkliyə görə şəxsən Sizə dərin təşəkkürümüzü bildiririk!"
-
“CineMastercard”da “Çingene kızı Zeugma” filminin qala gecəsi baş tutub - FOTO/VİDEO
...
-
“Xarıbülbül” festivalına Laçında yekun vurulub
...
-
CineMastercard kinoteatrında “Cadı” filminin Qala gecəsi keçirildi - VİDEO - FOTO
...
-
Şuşada “Xarıbülbül” musiqi festivalının ikinci günündən - Video
...
-
Zeynəb Xanlarova illər sonra azad Şuşada oxudu - Video
...
-
İbrahim Tatlıses Bakıda - Video
...
-
Bu gün Şuşada festival var - Video
...
-
Mədəniyyət ictimaiyyəti Mehriban Əliyevanı təbrik etdi
...
-
Rasim Balayev Baş nazirə müraciət etdi
...
-
"Sən elə bir zirvəsən!” yenidən Akademik Musiqili Teatrda
...