Mehriban Əliyeva və qızı Rotşildlə görüşdü - Foto
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mayın 29-da “Rothschild Global Financial Advisory” şirkətinin rəhbəri David dö Rotşild ilə görüşüblər.
Mehriban Əliyeva Rotşildi Bakıda görməkdən məmnunluğunu bildirib.
David dö Rotşild bu görüşdən şad olduğunu bildirərək, Rotşildlərin Azərbaycandakı fəaliyyətinin tarixi köklərinin olduğunu deyib.
Söhbət zamanı əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.
Xatırladaq ki, bu ilin mart ayında Parisə səfəri çərçivəsində Mehriban Əliyeva David dö Rotşild ilə görüşü zamanı onu Bakıya dəvət etmişdi. Həmin səfər zamanı Azərbaycan Mərkəzi Bankı ilə “Rothschild Global Financial Advisory” şirkəti arasında strateji əməkdaşlıq haqqında saziş imzalanmışdı.
-
Prezident BP-nin yeni baş icraçı direktorunu qəbul etdi
...
-
Prezidentlərin səfərinin pozitiv anları - Video
...
-
Əliyevlə Tokayev Şuşada - Fotolar
...
-
Tokayev Füzulinin Baş planı ilə tanış oldu - Fotolar
...
-
Tokayevin şərəfinə dövlət ziyafəti verildi
...
-
Tokayev Heydər Əliyevin məzarını ziyarət etdi - Foto
...
-
Mehriban Əliyeva Ramazan ayı münasibətilə xalqı təbrik etdi
...
-
Qazaxıstan liderinin Azərbaycan KİV-lərinə müsahibəsinin - Tam mətni
...
-
Tokayev sabah Bakıya gələcək
...
-
Prezident 8 Mart - Beynəlxalq Qadınlar Günü ilə bağlı paylaşım etdi
...