Bakı-Sabunçu-Bakı qatarı 3 gün işləməyəcək

21:02 29-05-2019 | icon 2781
Bakı-Sabunçu-Bakı qatarı 3 gün işləməyəcək

Bakı-Sabunçu-Bakı marşrutu üzrə elektrik qatarları 30 mayda hazırda qüvvədə olan qrafik üzrə hərəkət edəcək.

Təmirlə əlaqədar olaraq 31 may, 1-2 iyun tarixlərində (üç gün) Bakı-Sabunçu-Bakı marşrutu üzrə hərəkət edən elektrik qatarlarının hərəkəti dayandırılır.

Qeyd edək ki, iyun ayının 3-dən etibarən Bakı-Sabunçu-Bakı elektrik qatarları yeni hərəkət cədvəli üzrə hərəkət edəcək. Qatarlarda gediş plastik kartla və biletlə təşkil olunacaq.

Yeni hərəkət cədvəli haqqında əlavə məlumat veriləcək.


Digər xəbərlər

0.21287298202515