Bakıda UEFA-ya yeni vitse-prezident təyin olundu

08:50 30-05-2019 | icon 2694
Bakıda UEFA-ya yeni vitse-prezident təyin olundu

UEFA-ya vitse-prezident təyin olunub.

Yeni vitse-prezident İspaniya Kral Futbol Federasiyasının prezidenti Luis Rubailes olub. Bu haqda qərar UEFA-nın bu gün Bakıda təşkil olunan İcraiyyə Komitəsinin iclasında qəbul olunub.

İspaniyalı mütəxəssis bu postda adı korrupsiya qalmaqalında hallanan Almaniya Futbol Assosiasiyasının sabiq prezidenti Reinhard Qrindeli əvəz edib.

Fransa Futbol Federasiyasının prezidenti Noel Le Qrit FIFA Şurasında Avropa nümayəndəsi təyin olunub.

Hər iki təyinat UEFA-nın 2020-ci ildə keçiriləcək konqresinədək nəzərdə tutulub.


Digər xəbərlər

0.28761506080627