“Ey, ağıllı olun!” - Pərvindən ismarış

20:32 30-05-2019 | icon 2601
“Ey, ağıllı olun!” - Pərvindən ismarış

“Yoxluğuma sevinib özünü ulduz hesab edənlər var. Ey, ağıllı olun! Mən İstanbula köçüb orada yaşaya bilərəm, amma yerimi tuta bilməyəcəksiniz. Qısqanılacaq bir tipajam. Demirəm ki, dünya gözəliyəm, amma şarmım var”. 

Bu sözləri “Show News” proqramına açıqlamasında aktrisa Pərvin Abıyeva deyib. Tanınmış aktrisa ad çəkmədən gənc həmkarlarına səslənərək onların faəliyyətini tənqid edib:

“Məndə şou-biznesdəkilərin çoxunda olmayan şeylər var və həddən artıq çalışqanam, bazamı artırmağa çalışıram.  Amma başqalarında onu görmürəm. Nəyəsə görə hamının gözünə mən batıram, insanları pis və ya yaxşı tərəfdən mən cəlb edirəm. Üzərimdən nə qədər insan gündəmə gəlib və bu gün məşhurdular. Yoxluğumu özlərinə avantaj bilirlər. Çox istəyirəm ki, gözəl aktrisalarımız olsun, həm görünüş, həm də iş baxımından… Niyə də yox? Bu mənim üçün sevindirici hal olar. Amma yoxdur”.

 



Digər xəbərlər

0.25204706192017