İsmayıllının Zeyvə kəndi də inkişafdadır
Xankəndi İnzibati Ərazi Dairəsinə daxil olan Zeyvə kəndi də ümumi inkişaf sürətinə qovuşmaqdadır. Ən əsası odur ki, buraya qaz xətti çəkilir. Sakinlər bundan sonra yanacaq axtarışında olmayacaqlar. Enerji və su təchizatı da lazımi səviyyədədir. Vaxtilə Rusiyanın müxtəlif şəhərlərinə getmiş sakinlər öz kəndlərinə qayıdır, ev tikir, təsərrüfat yaradırlar.
Zeyvə sakinləri ilə görüşən İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov dövlətimizin, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qayğısının yüksək nəticəsi olan layihələrin icrasının rayonu inkişafın yüksək səviyyəsinə çatdırdığını deyib. Qeyd edib ki, Basqal Tarix-Mədəniyyət qoruğu ilə bağlı Prezidentin imzaladığı Sərəncam tək Basqalın yox, Zeyvənin və ətraf kəndlərin də inkişafına təkan verəcək. Turizmin inkişafı üçün ərazidə yeni yollar inşa ediləcək, beş yerdə körpü tikiləcək. Çoxsaylı iş yerləri açılacaq.
RİH-nin başçısı Mirdaməd Sadıqov zeyvəlilərin öz elinə-obasına qayıtmasını, yazının əvvəlində sadalanan xüsusiyyətlərini təqdir edib, özəl, kooperasiya formasında təsərrüfat fəaliyyətinin təşkilini məsləhət bilib.
RİH başçısının giriş nitqini diqqətlə dinləyən iştirakçılar bəzi məsələlər barədə də danışıblar.
Yeni məktəb tikintisi və ya mövcud məktəbin əsaslı təmiri, tibbi xidmətin daha yaxşı təşkili, istifadə müddətini başa vurmuş 25 elektrik dirəyinin dəyişdirilməsi, kəndin mərkəzi küçəsində işıqlandırma sisteminin quraşdırılması, kəndarası yollara bələdiyyənin daha diqqətli olması xahiş edilib.
Rayon icra hakimiyyətinin başçısı sonda qaldırılan hər bir məsələnin, verilən hər bir təklifin icrasını təmin etmək barədə aid strukturlara tapşırıq verib.
-
Qarabağda bərpa-quruculuq işləri davamlı olaraq aparılır
...
-
Dərin siyasi zəka, tükənməz iradə sahibi
...
-
Şanlı ordumuz xalqımızın qürur mənbəyidir
...
-
Qələbəmizin növbəti rəmzi - Zəfər meydanı
...
-
Azərbaycanda Novruz bayramıdır
...
-
Ramazanın onuncu gününün duası - İmsak və iftar vaxtı
...
-
Sabahdan Novruz tətili başlayır
...
-
Aydın Hüseynov “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunub - FOTO
...
-
Bu gün İlaxır çərşənbədir
...
-
Abşeronda Çanaqqala Zəfərinin 109-cu ildönümü qeyd edildi
...