Akademik Musiqili Teatrın xor artisti Gürcüstanda mükafata layiq görüldü

20:45 30-05-2019 | icon 2295
Akademik Musiqili Teatrın xor artisti Gürcüstanda mükafata layiq görüldü

Gürcüstan Respublikasının paytaxtı Tibilisi şəhərində məşhur gürcü bəstəkarının xatirəsinə həsr edilən vokalçıların "Vaja Çaçava adına III Beynəlxalq Müsabiqə"si keçirilib. Gürcüstanla yanaşı, Rusiya, Ukrayna, Qazaxıstan, Koreya və digər ölkələrin iştirak etdiyi müsabiqədə ölkəmizi Azərbaycan Dövlət Akademik Musiqili Teatrının xor artisti, respublika və beynəlxalq müsabiqələr laureatı Güllübəyim Məmmədova təmsil edib və 2-ci yerlə mükafatlandırılıb.

"Belə bir beynəlxalq müsabiqədə ölkəmizi təmsil etməkdən qürur duyuram. Qonşu ölkədə bu çıxışım istər münsiflər heyəti, istərsə də çoxmillətli auditoriya tərəfindən yüksək qarşılandı. Nəticə olaraq rusiyalı həmkarımdan sonra 2-ci yerə layiq görüldüm. Orada olarkən Azərbaycan vokal sənətinin inkişafı barədə deyilən gözəl sözlər xüsusilə mənə qol-qanad verdi... Müsabiqədə iştirakım üçün şərait yaradanlara, başda Akademik Musiqili Teatrın rəhbərliyi olmaqla hər kəsə dərin təşəkkürümü bildirirəm", -deyə G.Məmmədova xoş təəssüratlarını paylaşıb.


Digər xəbərlər

0.26586389541626