“28 May”da qadın özünü qatarın altına atdı - Video

14:33 31-05-2019 | icon 4847
“28 May”da qadın özünü qatarın altına atdı - Video

Bakı metrosunda dəhşətli hadisə baş verib.

Metronun “28 May” stansiyasında bir nəfər qatarın altında qalıb.

Hadisəni təsdiqləyən Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov hələ ki, həmin şəxsin kimliyinin müəyyən olunmadığını bildirib.

Qeyd edək ki, hadisəyə görə qatarların intervalında ləngimə yaranıb.

 

B. Məmmədov “Qafqazinfo”ya bildirib ki, Asya Əmirova adlı qadının 54 yaşı var:

"O, intihar etmək məqsədiylə özünü qatarın altına atıb. Operativ müdaxilə nəticəsində həyatını xilas etmək mümkün olub, ayağında isə kiçik əzilmə qeydə alınıb. Hazırda xanım xəstəxanaya aparılıb.

 Metropoliten sözçüsü əlavə edib ki, artıq qatarların intervalı bərpa olunub.

 


Digər xəbərlər

0.27038097381592