Arvadını öldürüb 4-cü mərtəbədən atan həbs edildi
Bakıda arvadını bıçaqlayaraq öldürən şəxs saxlanılıb. Bakı Şəhər Prokurorluğundan verilən məlumata görə, hadisə mayın 30-u saat 16 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsində baş verib.
1978-ci il təvəllüdlü Məmmədova Fəridə İsmayıl qızının bədənində kəsici-deşici xəsarətlər olan meyiti M.Fətəliyev küçəsində yerləşən binanın qarşısında tapılıb. Rayon polis və prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, məhkəmə tibb ekspertizası təyin edilib.
F.Məmmədovanı öldürməkdə şübhəli bilinən əri, 1977-ci il təvəllüdlü Məmmədov Vüsal Nizami oğlu tutularaq istintaqa təhvil verilib. Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq davam etdirilir.
Xatırladaq ki, ilkin yayılan məlumata görə, V.Məmmədov arvadı F.Məmmədovanı yaşadığı mənzildə başını kəsərək dördüncü mərtəbədən aşağı atıb. Onların birgə nikahdan iki övladı var.
Bundan öncə də V.Məmmədov arvadına yüngül həyat tərzi keçirməsinə görə bıçaqla xəsarət yetirib, həmin zaman isə qadının həyatını həkimlər xilas edib. Bu hadisə ilə bağlı hazırda məhkəmə çəkişməsi gedir.
-
TikTokda “kreditə qızıl satılır” adı altında 150-dən çox şəxsi aldadıblar - Video
...
-
DTX saxta sənəd hazırlayan şəxsi həbs etdi
...
-
Rəşad şikayət hüququndan istifadə etmədi, “zona” köçürülür
...
-
İlkinin işi Gəncə Ağır Cinayətlər Məhkəməsinə qaytarıldı
...
-
DİN-dən polisin kuriyeri tutacağı ilə bağlı iddialara cavab
...
-
DTX xüsusi əməliyyat keçirdi - Video
...
-
Sumqayıtda arvad ərini öldürüb təslim oldu
...
-
Polis Sabirabadda əməliyyat keçirdi - Saxlanılanlar var
...
-
Bakıda 3 min manata “Makarov” satmaq istəyən şəxs saxlanılıb
...
-
Polis 4 il əvvəl törədilən qətlin üstünü açdı
...