“Məni nazir özü dəvət edib” - Kuarejma Bakıda+ Fotolar

14:44 31-05-2019 | icon 3429
“Məni nazir özü dəvət edib” - Kuarejma Bakıda+ Fotolar

Portuqaliya millisinin və “Beşiktaş”ın ulduzu Rikardo Kuarejma Bakıya gəlib. O, Gənclər və İdman naziri Azad Rəhimovla görüşüb.

Kuarejma öncə Azərbaycana gəlməkdən məmnun olduğunu bildirib: “Bakıya gəlməkdən məmnunam. Burada bu cür qarşılanma gözləmirdim. Həqiqətən mükəmməldir”.

Daha sonra ulduz futbolçu “Beşiktaş”da qalacağını bildirib: ““Beşiktaş”la müqaviləm var. Karyeramı orada bitirmək istəyirəm”.

Kuarejma Azərbaycanda oynamaq ehtimalını da dəyərləndirib: “Hər şey mümkündür. Lakin hazırkı vəziyyətdə “Beşiktaş”la müqaviləm var”.

O Bakıda keçirilən “Çelsi” - “Arsenal” oyununu izlədiyini də sözlərinə əlavə edib: “Bəli, final matçını izlədim. Hər şey yüksək səviyyədə təşkil edilmişdi”.

Futbolçu digər sualları da cavablandırıb:

- Bakıya gəlmə səbəbiniz tam olaraq nədir?

- Azad bəyin (Gənclər və İdman naziri Azad Rəhimobu nəzərdə tutur) təklifi ilə bura gəlmişəm.

- “Fənərbaxça” və “Qalatasaray”dan heç təklif aldınızmı?

- Mən satılıq insan deyiləm. Türkiyədə ancaq “Beşiktaş”da oynayaram.

Fotolar: Nuran Məmmədov (qafqazinfo)

 








 

Digər xəbərlər

0.24988698959351