Müəllimlərin işə qəbulu müsabiqəsinin vaxtı bilindi
“İyun ayının 3-dən müəllimlərin yerdəyişməsi üzrə elektron sənəd qəbulu başlayacaq”.
Bu sözləri Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə müəllimlərin işə qəbulu və yerdəyişməsi ilə bağlı çıxışında deyib. O bildirib ki, qəbul ayın 10-a kimi davam edəcək:
“Müəllimlərin işə qəbulu müsabiqəsinin isə 24 iyun tarixindən başlanması planlaşdırılıb. Avqustun 26-a kimi müsabiqənin aktiv mərhələsi sona çatacaq. Yəni müəllimlərin daimi əsaslarla işə qəbulu sonlanır. Bundan sonra yeni bir proses başlayır: müddətli müqavilə ilə işə qəbul. Ötən ildən başlayan bu proses yeni yaranmış və boş qalmış yerlərə müəllimlərin müddətli müqavilə ilə işə qəbulu üçün nəzərdə tutulub.
Vakant yerlərdən asılı olaraq, müqavilə müddəti bir neçə aydan 1 ilə kimi uzana bilər. Bu müsabiqə vasitəsilə bir il müddətində 4500 müəllim işə qəbul olunub. Onlardan 1800 nəfəri daimiləşmə qazanıb”.
-
Müəllimlərin yerdəyişməsi üzrə vakansiya seçimi başlayır
...
-
Bu məktəblər distant təhsilə keçir
...
-
Ramazan bayramı ilə bağlı məktəblərdə tətil günləri açıqlandı
...
-
Stadionda “sınaq imtahanı” keçiriləcəyi barədə xəbər saxtadır - Açıqlama
...
-
Qalmaqallı uşaq evinin direktoru işdən çıxarıldı
...
-
İş yerini dəyişmək istəyən müəllimlərin diqqətinə!
...
-
Aprelin 9-da imtahan verəcək şagirdlərin nəzərinə!
...
-
Müəllimlər maaş artımını yaxın günlərdə alacaq - Rəsmi
...
-
Talış kəndində ilk dərs keçirilib - Fotolar
...
-
ASAPES və MGİMO-nun ikili diplom proqramının Moskva mərhələsi davam edir - FOTOLAR
...