“Qarabağ” “Ludoqorets”lə qarşılaşacaq

14:49 31-05-2019 | icon 3317
“Qarabağ” “Ludoqorets”lə qarşılaşacaq

İyunun 18-i yay təlim-məşq toplanışı üçün Avstriyaya yola düşəcək “Qarabağ” dörd yoxlama oyunu keçirəcək.

Bu haqda klubun sosial şəbəkələrdəki rəsmi səhifələri məlumat yayıb. Məlumatda Qurban Qurbanovun qarşılaşacağı komandaların adları da açıqlanıb.

Ağdam təmsilçisi iyunun 22-də Bolqarıstanın “Ludoqorets”, iyunun 25-də Rumıniyanın “Kraiova”, iyunun 28-də Rusiyanın “Ufa”, iyulun 2-də isə Çexiyanın “Viktoriya” komandası ilə qarşılaşacaq.

Xatırladaq ki, “Qarabağ” bu il də Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edəcək.


Digər xəbərlər

0.3086040019989