Final günü Bakıda milyon yarım sərnişin daşınıb
Bakıda keçirilən UEFA Avropa Liqasının Final Oyunu ilə əlaqədar nəzərdə tutulan nəqliyyat tədbirlərinin vaxtında icrası məqsədilə Bakı Nəqliyyat Agentliyi 20-30 may tarixində xüsusi rejimdə fəaliyyət göstərib.
UEFA təkliflərinə əsasən Heydər Əliyev adına Beynəlxalq Hava Limanı, Bakı Olimpiya Stadionu və final oyunu ilə bağlı şəhərin müxtəlif hissələrində təşkil edilən məntəqələri əlaqələndirən nəqliyyat planı hazırlanıb. Plana uyğun olaraq, qeyd edilən məntəqələr üzrə azarkeşlərin daşınması məqsədi ilə 6 ekspres marşrut xətti təşkil edilib.
Heydər Əliyev adına Beynəlxalq Hava Limanından azarkeşlərin daşınmasına mayın 27-dən start verilib. 3 gün ərzində müntəzəm və çarter reysləri ilə paytaxtımıza gələn azarkeşlərin daşınması təmin edilib.
Ümumilikdə oyundan əvvəl 145 avtobus cəlb edilməklə 17 min azarkeş (sərnişin) daşınıb.
Final qarşılaşması başa çatdıqdan sonra isə 450 avtobus cəlb edilməklə 28 min azarkeş (sərnişin) daşınıb.
Həmçinin, oyun günü gün ərzində paytaxtın müntəzəm marşrut xətləri üzrə 1.500.000 sərnişin daşınıb.
-
“Nar”dan “Dinlət” xidməti ilə tərzini paylaş
...
-
“8-ci km Ticarət Mərkəzi” ləğv olunur
...
-
"Junior Club" ölkə qanunlarını pozaraq əhalini necə narahat edir? - FOTO
...
-
“Nar” Laçın şəhərində ilk mağazasını açdı!
...
-
“Nar” sosial məsuliyyətli biznes modelini ADA Universitetində təqdim etdi - Fotolar
...
-
Bu gün Bakıda SPECA-nın 25-ci ildönümünə həsr olunan Zirvə görüşü keçiriləcək
...
-
“Nar” Azərbaycanda uşaq hüquqlarının təşviqinə dəstək olur
...
-
“Nar” yerli telekom peşəkarlarını yetişdirir - Fotolar
...
-
“Tutuquşu alın və bu ünvana çatdırın” – Azərbaycanda kuryerlərə hansı sifarişləri veriblər
...
-
“Nar” Bayraq Günü münasibətilə “Cümhuriyyət bayrağı” kitabını nəşr etdi
...