İsmayıllı Rayon İcra Hakimiyyəti əlillərə qayğını diqqətdə saxlayır

14:53 31-05-2019 | icon 2795
İsmayıllı Rayon İcra Hakimiyyəti əlillərə qayğını diqqətdə saxlayır

İsmayıllı rayonu ərazisində 7311 nəfər müxtəlif səbəblərdən əlil olan insan
yaşayır. Onların 450 nəfəri birinci, 4200 nəfəri ikinci qrup əlillər sırasına daxildir. Digər
rəqəmləri də diqqətə çatdırmadan onu demək vacibdir ki, dövlət qayğısı hər bir imtiyazlı
vətəndaşın ünvanına vaxtında və dəqiqliyi ilə çatdırılır. Birinci qrup əlillər, Qarabağ
müharibəsi əlilləri və şəhid ailələri xüsusi olaraq gündəlik yaşam qayğıları ilə rayon icra
hakimiyyəti rəhbərliyinin diqqətində saxlanılır. Əlillərlə işin daha səmərəli və nəticəli
təşkili, bu istiqamətdə fəaliyyətin koordinasiya edilməsi, problemlərin ilkin mənbədən
öyrənilməsi və aid istiqamətlərə yönəldilməsi məqsədi ilə Heydər Əliyev Mərkəzində
İsmayıllı rayon icra hakimiyyəti müxtəlif kateqoriyadan olan əlillərlə (150 nəfər) görüş
keçirib. Tədbiri giriş nitqi ilə açan rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov
deyib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin minimum əmək
haqlarının, pensiyaların, tələbə təqaüdlərinin, müharibə və əmək veteranlarının,
Qarabağ müharibəsi əlillərinin, şəhid ailələrinin, ümumi səbəbdən əlil olanların pensiya
və müavinətlərinin artırılması barədə Sərəncam və tapşırıqları ölkə vətəndaşlarının
sosial müdafiəsinin, rifah halının yüksəldilməsinə yönəldilmişdir. Bu istiqamətdə ölkədə
mühüm və əhəmiyyətli tədbirlər həyata keçirilir, əhalinin aztəminatlı təbəqəsinin sosial
həyat şəraitinin yüksəldilməsi istiqamətində atılan addımların davamlı olacağı barədə
əhali arasında izahat işləri aparılır. Cənab Prezident İlham Əliyevin xalqın xidmətçisi
olmaq tapşırığını tam məsuliyyətlə yerinə yetirməyə çalışırıq. Bu çalışmada əlil
insanlara qayğı fəaliyyətimizdə öncül yer tutur. Bu günə qədər daxili imkanlar əsasında
əlillərə yardım göstərilib, ortaya çıxan problemləri həll edilib, Qarabağ müharibəsi əlilləri
və şəhid ailələri hər bir məsələdə rayon rəhbərliyini və xidmət təşkilatlarının rəhbərlərini
öz yanlarında görüblər. Lakin bunları kifayətləndirici hesab etmirəm. Bu gün sizi
eşitmək, sizinlə həmsöhbət olmaq, aid qurumları, imkanlı şəxsləri, humanitar təşkilatları
sizin problemlərinizin həllinə cəlb etmək üçün bir araya gəlməyi qərara aldıq.
Əmək və Əhalinin Sosial Müdafiə Fondu rayon şöbəsinin müdiri Kamran
Muradov, rayon mərkəzi xəstəxanasının baş həkimi Aydın Əsədov, Uşaq və ailələrə
dəstək mərkəzinin direktoru Lətifə Əliyeva əlillərlə əlaqədar gördükləri işlərdən və
problemlərdən danışıblar, hesabat xarakterli məlumat veriblər.
Sözü, təklifi, hər hansı bir mövzuda istəyi olan hər bir əlil dinlənilib, dedikləri
sonrakı fəaliyyət üçün qeydə alınıb və ilkin icra üçün müvafiq istiqamətlərə yönəldilib.
Hərəkət imkanları olmayan Sənubər və Nəzakət Cəbrayılova bacılarının, Rasim
Şahməmmədovun və bir neçə nəfər digər hərəkət imkanları məhdud birinci qrup əlilin
həyat və yaşam təminatını yaxşılaşdırmaq üçün daha konkret tədbirlər
müəyyənləşdirilib. Dəqiqləşdirilib ki, 20 nəfər birinci qrup əlilin mühərriklə işləyən əlil
arabasına ehtiyacı vardır. Bu barədə tədbirdən sonra aid icra orqanına müraciət edilib.
Əlillərlə aparılan işi koordinasiya etmək, yaşayış yerlərində müntəzəm görüşmək,
onların problemlərinin həlli ilə müntəzəm məşğul olmaq, cəmiyyətə inteqrasiyasını
təmin etmək məqsədilə rayon icra hakimiyyəti başçısının 15 nəfərdən ibarət komissiya
yaratması barədə verdiyi sərəncamla tədbir iştirakçıları tanış ediliblər.
İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini – ictimai-siyasi və humanitar
məsələlər şöbəsinin müdiri Sevil Əhmədovanın rəhbərlik etdiyi komissiya gördüyü işlər
barədə bir həftədən sonra hesabat verib. Növbəti problemlərin həlli üçün tədbirlər
müəyyənləşdirilib.
Qayğıya ehtiyacı olan insanlar problemə belə yanaşmadan razı qalıb və ölkə
rəhbərinə dərin minnətdarlıqlarını bildiriblər.


Valeh Salehov
Dövlət qulluğu veteranı


Digər xəbərlər

0.23705291748047