Prezident: "Azərbaycan-Polşa əlaqələri çoxşaxəlidir, həm siyasi, həm iqtisadi, həm də digər sahələrdə əməkdaşlıq edirik"
"Mən Sizi Azərbaycanda səmimiyyətlə salamlayıram. Ölkəmizə xoş gəlmisiniz. Bu, Sizin Azərbaycana ilk səfərinizdir. Əminəm ki, səfər uğurlu keçəcək və səfər nəticəsində əlaqələrimiz daha da yüksək səviyyəyə qalxacaqdır".
Bunu Azərbaycan Prezidenti İlham Əliyev mayın 31-də Bakıda Polşa Prezidenti Andjey Dudanla nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşdə deyib.
"Mən sizin gözəl ölkənizə öz səfərimi məmnuniyyətlə xatırlayıram. Biz Sizinlə çox geniş fikir mübadiləsi apardıq və gələcək planlar haqqında danışdıq. Bu gün isə yüksək səviyyəli siyasi dialoq davam etdirilir. Bu gün keçirdiyimiz təkbətək görüşdə bir daha ikitərəfli əlaqələrimizin gündəliyinə nəzər saldıq və gələcək planlar haqqında danışdıq. Bizim əlaqələrimiz çoxşaxəlidir, həm siyasi sahədə, həm iqtisadi sahədə, həm də digər sahələrdə əməkdaşlıq edirik. Əminəm ki, səfəriniz bizim gələcək əməkdaşlığımıza çox güclü təkan verəcək", - dövlət başçısı əlavə edib.
-
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
...
-
“DTX 100-ə yaxın xüsusi xidmət orqanı ilə əməkdaşlıq edir”
...
-
İlham Əliyev Putinə zəng etdi
...
-
İlham Əliyev Vladimir Putinə başsağlığı verdi
...
-
Cevdet Yılmaz Mehriban Əliyevanı təbrik etdi
...
-
Ərdoğandan İlham Əliyevə Novruz təbriki
...
-
Mehriban Əliyevadan ilaxır çərşənbə ilə bağlı paylaşım
...
-
Prezidentin Xankəndidəki çıxışının - Videosu
...
-
Prezident Xankəndi ilə bağlı faktları açıqladı
...
-
Xankəndinin mərkəzi meydanına “Zəfər meydanı” adı verilib
...